29 mart 2023, 15:05

Nahid Aslansoydan, Saatlı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən şəhid övladıyam. Qarabağımız işğaldan azad edildikdən sonra Şuşa şəhərində oldum. Atam Tacəddin Aslanovun, eləcə də bütün şəhidlərimizin qisasının alındığını düşünüb qürur hissi keçirdim. Bu hissi bizə yaşatdığınıza görə Sizə dərin təşəkkürümü bildirirəm.

Sizə uzun ömür, cansağlığı, ailə səadəti, həyata keçirdiyiniz daxili və xarici siyasətdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Nahid Aslansoy,

Azərbaycan Respublikası, Saatlı rayonu.