01 aprel 2023, 11:41
Fuad Əliyevdən, Naftalan, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin yüksək diqqət və qayğınız nəticəsində artıq beynəlxalq turizm mərkəzinə çevrilmiş şəhərimizdə idmanın inkişafına da yüksək diqqət göstərilir. Naftalanın müxtəlif ərazilərində açıq havada idman qurğularının istifadəyə verilməsi, velosiped həvəskarlarının rahat hərəkəti üçün 7 kilometrlik velosiped zolağının çəkilməsi biz gənclərin idmana olan marağını daha da artırmışdır.
Ölkəmizdə, eləcə də şəhərimizdə idmanın inkişafı istiqamətində həyata keçirilən uğurlu tədbirlərə görə naftalanlı idmançılar adından Sizə dərin minnətdarlığımızı bildirirəm.
Ulu Tanrı Sizi və ailənizi qorusun.
Hörmətlə,
Əliyev Fuad Fazil oğlu
Azərbaycan Respublikası, Naftalan şəhəri.