Sahil Quliyev və başqalarından, İmişli, Azərbaycan
Möhtərəm cənab Prezident.
Biz, İmişli rayonunun X.Bəylərov küçəsində yeni salınmış, 2 dalandan, 48 fərdi yaşayış evindən ibarət yaşayış massivində yaşayırıq. Bu yeni yaşayış massivində su şəbəkəsi qurulmadığından susuzluqdan çox əziyyət çəkirdik. Su olmaması səbəbindən hətta öz yeni evlərimizdə yaşaya bilmirdik. Bu problemin həlli olunması üçün ünvanladığımız müraciət öz müsbət nəticəsini verdi. Müraciətimizə əsasən qeyd olunan ünvana qısa zamanda su xətləri çəkilərək yeni sayğaclar quraşdırıldı və istifadəmizə verildi.
Əziz Prezidentimiz, bunun üçün başda Siz olmaqla, bizə kömək göstərən hər kəsə küçəmizin sakinləri adından öz dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Quliyev Sahil Əjdər oğlu
Cəfərov Eldəniz Cəfər oğlu
Mejunov Elnur Yaşar oğlu
Tağıyev Elşad Səxavət oğlu
Əhmədov Daşqın Tahir oğlu
Hüseynov Taleh Ramiz oğlu
İsgəndərov Bəxtiyar Arif oğlu
Məmmədov Zaur Tofiq oğlu
Məmmədov Alxan Halay oğlu
Fətullayev Fərahim Xanlar oğlu
Azərbaycan Respublikası, İmişli şəhəri.