“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 822-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 25 aprel tarixli 207 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkəti haqqında Əsasnamə”də, 1999-cu il 3 yanvar tarixli 60 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi”ndə, 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də, 2007-ci il 26 dekabr tarixli 692 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti haqqında Əsasnamə”də, 2008-ci il 21 noyabr tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

31 mart 2023, 14:12

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 822-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 25 aprel tarixli 207 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991, № 9-10, maddə 163; Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 15 oktyabr tarixli 504 nömrəli Fərmanı; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 761; 2002, № 12, maddə 726; 2005, № 2, maddə 69) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkəti haqqında Əsasnamə”nin I hissəsinin 2-ci bəndində “bank idarələrində öz” sözləri “banklarda” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 3 yanvar tarixli 60 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 1, maddə 13; 2011, № 2, maddə 85; 2017, № 7, maddə 1350, № 9, maddə 1647; 2019, № 3, maddə 411; 2021, № 2, maddə 123; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2057 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi”nin 8-ci bəndindən “və digər kredit idarələrində özünün” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 416; 2004, № 6, maddə 440, № 9, maddə 674; 2005, № 6, maddə 491, № 12, maddə 1102; 2006, № 7, maddə 592, № 8, maddə 659; 2007, № 6, maddə 615, № 9, maddə 869, № 10, maddə 947, № 11, maddə 1106; 2008, № 3, maddə 168, № 8, maddə 719; 2009, № 5, maddə 322, № 12, maddə 983; 2010, № 2, maddə 83, № 3, maddə 185; 2011, № 2, maddə 85, № 6, maddə 508, № 9, maddə 791; 2012, № 9, maddə 852; 2013, № 5, maddə 511, № 11, maddə 1320; 2014, № 12, maddə 1573; 2015, № 2, maddə 127, № 6, maddə 697, № 12, maddə 1474; 2016, № 3, maddə 455, № 6, maddə 1070, № 12, maddə 2057; 2017, № 5, maddə 783, № 10, maddə 1796; 2018, № 6, maddə 1204, № 10, maddə 2012, № 12 (I kitab), maddə 2595; 2019, № 2, maddə 207) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 1.4-cü bəndində “bank idarələrində” sözləri “banklarda” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 692 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1242; 2009, № 2, maddə 66, № 12, maddə 996; 2013, № 9, maddə 1062; 2016, № 5, maddə 853; 2019, № 11, maddə 1722; 2021, № 8, maddə 982; 2022, № 6, maddə 599) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti haqqında Əsasnamə”nin 6-cı bəndində “bank idarələrində” sözləri “banklarda” sözü ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 noyabr tarixli 24 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 979; 2009, № 10, maddə 773; 2011, № 2, maddə 85; 2017, № 7, maddə 1358; 2020, № 2, maddə 106; 2021, № 2, maddə 123, № 5, maddə 439) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”nin 7.6.1-ci yarımbəndindən “və digər kredit təşkilatlarında” sözləri çıxarılsın.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 822-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

7. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:

7.1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-1.2-ci maddəsinə uyğun olaraq, standart məlumatlandırma formasını dörd ay müddətində təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

7.2. “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 822-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 mart 2023-cü il

SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:08
A.F.Süleymanlının Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:08
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:06
F.S.Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham Əliyev

Azərbaycan...

18 noyabr 2024, 15:06