06 aprel 2023, 16:56
Ruslan Ağasiyevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən xoşbəxtəm ki, Sizin kimi müdrik şəxsiyyət Azərbaycanın Prezidentidir.
Azərbaycan Sizin sayənizdə hər zaman irəliyə addımlayır. Siz ölkəmizin milli maraqlarını hər şeydən üstün tutur və uğurla müdafiə edirsiniz. Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan özünü xarici təsirlərdən qoruyur, öz müstəqil siyasətini yürüdür, iqtisadiyyatını şaxələndirir. Hər bir vətənpərvər Azərbaycan vətəndaşı bütün bunlarla fəxr edir, eyni zamanda, bu müsbət amillərin bəhrəsini öz həyatında görür.
Sizə uzun ömür və cansağlığı arzulayıram, cənab Prezident.
Hörmətlə,
Ağasiyev Ruslan
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.