07 aprel 2023, 13:22
Vəfa Şərifovadan, Şirvan, Azərbaycan
Hörmətli cənab Prezident.
Siz dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimisiniz. İndi Sizin siyasi portretiniz beynəlxalq miqyasda məşhurdur. Fəxr edirik ki, Sizin kimi böyük hörmətə və nüfuza malik Prezidentimiz var.
Cənab Prezident, Siz bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi dövlətimizə başçılıq edirsiniz, xalqımızın qayğısına qalırsınız. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və hər zaman yaşayacaq. Siz xalqımızın iradəsini ifadə edən qətiyyətli Lidersiniz. Biz daim Sizi dəstəkləyirik.
Allah Sizi və dövlətimizi qorusun!
Hörmətlə,
Şərifova Vəfa,
Azərbaycan Respublikası, Şirvan şəhəri.