07 aprel 2023, 19:00

Nuran Əhmədlidən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi ailəmiz adından salamlayır və Sizə təşəkkürümüzü bildiririk.

Ölkəmizin inkişafı, xalqımızın rifahı üçün yaradılan şəraiti, həyata keçirilən islahatların nəticələrini görməmək qeyri-mümkündür. Bir vətəndaş olaraq bundan qürur duyuruq.

Cənab Prezident, Siz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müasir müstəqil Azərbaycan dövlətini daha da qüdrətləndirirsiniz. Sizin kimi uzaqgörən, qətiyyətli Liderimizin olması ilə fəxr edirik.

Allahdan Sizə və Mehriban xanıma cansağlığı, fəaliyyətinizdə uğurlar arzu edirik.

Tanrı Sizi və ailənizi qorusun!

Hörmətlə,

Əhmədli Nuran,

Azərbaycan Respublikası, Bakı şəhəri.