08 sentyabr 2012, 20:05

Fuad Əliyevdən, Gəncə Azərbaycan

Möhtərəm cənab Prezident!

Azərbaycan xalqının igid oğlu Ramil Səfərovun ölkəyə ekstradisiya edilməsi və onun əfv olunması barədə imzaladığınız Sərəncam Gəncə ziyalıları tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Gəncə ziyalıları inanırlar ki, bu, Prezidentimizin müdrik siyasətinin nəticəsidir. Qədirbilən gəncəlilər inanırlar ki, xalqımızın mərd oğlu Ramil Səfərovu məhbusluq həyatından qurtaran Prezidentimiz qədim Azərbaycan torpağı olan Qarabağı da tezliklə işğaldan azad edəcəkdir.

Möhtərəm cənab Prezident, işğal edilmiş torpaqlarımızın azad edilməsi və xalqımızın rifahının yaxşılaşdırılması naminə apardığınız şərəfli və vacib işlərdə Sizə uğurlar diləyirik. Gəncə ziyalıları Sizin daxili və xarici siyasətinizi bəyənir və dəstəkləyirlər.

Gəncə Ziyalılar Cəmiyyətinin üzvləri adından hörmətlə,

Əliyev Fuad,
Regional Elm Mərkəzinin direktoru.

Azərbaycan Respublikası, Gəncə şəhəri.