Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2701; 2021, № 6 (I kitab), maddə 606; 2022, № 5, maddə 532, № 8, maddə 912; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 3781 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın “7. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 7.1.9.1-ci yarımbəndin “Tədbirin adı” sütununda “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə, “Digər icraçı qurumlar” sütununda “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu” sözləri “Medianın İnkişafı Agentliyi” sözləri ilə əvəz edilsin;
1.2. 7.4.1.1 – 7.4.1.6-cı yarımbəndlərin “Digər icraçı qurumlar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin;
1.3. 7.4.1.2-ci və 7.4.1.5-ci yarımbəndlərin “Tədbirin adı” sütununda “verilişlərinin” sözü “proqramlarının” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1276; 2020, № 12 (III kitab), maddə 1537; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 3781 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın “4. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 4.4.21-ci, 4.4.23-cü və 4.4.30-cu yarımbəndlərin “İcraçı orqanlar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin;
2.2. 4.4.28-ci yarımbəndin “Tədbirin adı” sütununda “televiziya və radio proqramlarında xüsusi verilişlərin” sözləri “xüsusi televiziya və radio proqramlarının” sözləri ilə, “İcraçı orqanlar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin;
2.3. 4.4.31-ci yarımbəndin “Tədbirin adı” sütununda “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə, “İcraçı orqanlar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin;
2.4. 4.4.38-ci yarımbəndin “Tədbirin adı” sütununda “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə, “İcraçı orqanlar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli 2173 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 937; 2022, № 5, maddə 530; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 3782 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020–2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın “4. Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 4.2.1-ci və 4.8.4-cü yarımbəndlərin “İcraçı orqanlar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin;
3.2. 4.2.3-cü yarımbəndin “Tədbirin adı” sütununda “kütləvi informasiya vasitələrinin” sözləri “media subyektlərinin” sözləri ilə, “İcraçı orqanlar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin;
3.3. 4.2.6-cı yarımbəndin “Tədbirin adı” sütununda “Kütləvi informasiya vasitələrinin” sözləri “Medianın” sözü ilə əvəz edilsin;
3.4. 4.8.1-ci yarımbəndin “Tədbirin adı” sütununda “verilişlərin” sözü “proqramların” sözü ilə, “İcraçı orqanlar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1374; 2021, № 8, maddə 946; 2022, № 5, maddə 534; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 3782 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın “5. Fəaliyyət Planının icrası üçün Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 5.1.13-cü və 5.3.10-cu yarımbəndlərin “İcraçı qurumlar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin;
4.2. 5.3.9-cu yarımbəndin “Tədbirin adı” sütununda “kütləvi informasiya vasitələrini” sözləri “media subyektlərini” sözləri ilə, “İcraçı qurumlar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin;
4.3. 5.4.3-cü yarımbəndin “Tədbirin adı” sütununda “verilişləri” sözü “proqramları” sözü ilə, “İcraçı qurumlar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin;
4.4. 5.4.13-cü yarımbəndin “Tədbirin adı” sütununda “teleradio” sözü “audiovizual media” sözləri ilə, “İcraçı qurumlar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilsin;
4.5. 5.4.17-ci yarımbəndin “İcraçı qurumlar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Medianın İnkişafı Agentliyi” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1375; 2021, № 6 (I kitab), maddə 607; 2022, № 5, maddə 534; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 3782 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın “12. Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı” hissəsində aşağıdakı dəyişikliklər edilsin:
5.1. 12.2.5-ci yarımbəndin “Tədbirin adı” sütununda “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə, “İcraçılar” sütununda “Milli Televiziya və Radio” sözləri “Audiovizual” sözü ilə əvəz edilsin;
5.2. 12.6.4-cü yarımbəndin “İcraçılar” sütununda “Milli Televiziya və Radio” sözləri “Audiovizual” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 aprel 2023-cü il