08 sentyabr 2012, 20:10

Ağamusa Həsənovdan, Bakı, Azərbaycan

Çox hörmətli Prezident!

Ramil Səfərovu Vətənə gətirib əfv etdiyiniz üçün Sizə dərin təşəkkürlərimi bildirirəm. Bu qeyrətli addımınız söz adamlarını ilhamlandırmışdır. İnanıram ki, bu nailiyyəti vəsf edən şerlər qoşulacaq, mahnılar yazılacaqdır. Diplomatlar Sizin bu şücaətinizin siyasi tərəfini, hüquqşünaslar hüquqi tərəfini, qələm əhli isə mənəvi tərəfini qiymətləndirirlər. Mən bir söz adamı kimi Ramilin azadlığa buraxılmasının insanlarda doğurduğu ruh yüksəkliyini görür və yüksək dəyərləndirirəm.

Cəmiyyətdə bu da mühüm amillərdən biridir. Sizə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,
Həsənov Ağamusa Sahib oğlu, şair.

Azərbaycan Respublikası, Bakı şəhəri.