Ofeliya Xəlilovadan, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizi Gəncə şəhərinin sakinləri adından salamlayır, yürütdüyünüz uğurlu siyasəti dəstəklədiyimizi bildirir, hər bir vətəndaşın yanında olduğunuza görə təşəkkür edirik.
Siz həyata keçirdiyiniz böyük layihələrlə, düz əməlinizlə, qayğınızla xalq arasında ölçüyəgəlməz məhəbbət və etibar qazanmısınız.
Ulu Öndər Heydər Əliyevin apardığı siyasi kursu uğurla davam etdirməklə müstəqil respublikamızın inkişafına əvəzsiz töhfələr verirsiniz. Buna görə də xalqımız Sizə inanır və güvənir.
Respublikanın bütün bölgələri kimi Gəncə də quruculuq meydanını xatırladır. Yeni binalar tikilir, iş yerləri açılır, parklar, xiyabanlar göz oxşayır. Siz Gəncənin inkişafı və gözəlləşməsi üçün daim diqqət ayırırsınız. Vətən müharibəsi dövründə mənfur ermənilərin atdıqları raket zərbələri Gəncəyə xeyli ziyan vurmuşdu. Məhz Sizin tapşırıqlarınızla qısa müddət ərzində şəhərə vurulan ziyan aradan qaldırıldı. Evləri dağılanlara yeni mənzillər təqdim edildi.
Biz inanırıq ki, Sizin apardığınız düzgün siyasət nəticəsində ölkəmiz bütün çətinlikləri dəf edəcək, xalqımızın rifahı daha da yüksələcək, Azərbaycan dünya dövlətləri arasında layiqli yerini tutacaqdır.
Bu şərəfli və məsuliyyətli işinizdə Sizə uğurlar arzulayırıq. Allah köməyiniz olsun!
Hörmətlə,
Xəlilova Ofeliya
Azərbaycan Respublikası, Gəncə şəhəri.