11 aprel 2023, 14:05
İman Məmmədovdan, Gədəbəy, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycanda şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yüksək dövlət qayğısı mövcuddur və bu qayğı Sizin sayənizdə davamlı xarakter daşıyır.
Dövlətimiz ardıcıl olaraq torpaqlarımızın azadlığı uğrunda vuruşan Qarabağ müharibəsi əlillərinin, veteranların və şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirir.
Biz də şəhid ailəsi kimi xüsusi diqqət və qayğı ilə əhatə olunmuşuq. Bu yaxınlarda oğlumun işlə təmin olunması da bu qayğının nəticəsidir. Buna görə Sizə ürəkdən təşəkkür edir, rayonumuzun bütün şəhid ailələri adından minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Məmmədov İman Əli oğlu
Azərbaycan Respublikası, Gədəbəy rayonu.