11 aprel 2023, 19:11
Pərvin Yusubovdan, Gəncə, Azərbaycan
Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.
Siz ölkəmizə tarixi Zəfər qazandıran Lidersiniz. Əsgəriniz olaraq əmrinizlə həyatdakı ən unudulmaz və şərəfli Qələbənin əldə olunmasında mən də iştirak etmişəm və bundan qürur duyuram.
Cənab Prezident, Sizin rəhbərliyinizlə dövlətimiz tərəfindən müharibə iştirakçılarına diqqət və qayğı göstərilir. Mən də bu diqqət və qayğı ilə əhatə olunmuşam. Belə ki, evlə təmin olunmaq üçün müraciət etmişdim və məsələ öz müsbət həllini tapdı. Çox sağ olun ki, biz müharibə iştirakçılarına belə gözəl şərait yaratmısınız. Var olun, Əziz Prezidentimiz! Əmrinizə daim müntəzirik.
Allah Sizi qorusun!
Hörmətlə,
Pərvin Yusubov, müharibə iştirakçısı.
Azərbaycan Respublikası, Gəncə şəhəri.