12 aprel 2023, 17:51

Rəfi Əhmədlidən, Goranboy, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizə ən səmimi salamlarımı və xoş arzularımı çatdırıram. Siz Ulu Öndər Heydər Əliyevin siyasi kursunu böyük uğurla davam etdirirsiniz. Yürütdüyünüz uzaqgörən daxili və xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artır. Biz gənclər bundan qürur duyuruq və Sizə təşəkkürümüzü bildiririk. Sizi daim dəstəkləyəcəyik.

Cənab Prezident, həyata keçirdiyiniz islahatların nəticəsidir ki, bu gün ölkəmiz daha da inkişaf edir, xalqımızın rifah halı yaxşılaşır. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycanı daha parlaq gələcək gözləyir.

Sizə uzun ömür, möhkəm cansağlığı, yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram.

Tanrı Sizi və xalqımızı qorusun.

Hörmətlə,

Əhmədli Rəfi.

Azərbaycan Respublikası, Goranboy rayonu, Şadılı kəndi.