Zakir Teymurovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin qətiyyətli və uğurlu siyasətiniz sayəsində 44 günlük Vətən müharibəsində qalib gələrək doğma torpaqlarımıza qayıtdıq. Siz Azərbaycan xalqına böyük qürur hissi bəxş etdiniz.
Mənim oğlum Vüsal Teymurov Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olub.
Cənab Prezident, Vətənimizin ərazi bütövlüyü, dövlətimizin, müstəqilliyimizin qorunması uğrunda mübarizədə şəhid olmuş igid Azərbaycan əsgərlərinin xatirəsinin əbədiləşdirilməsi ilə bərabər, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan ardıcıl işlər Sizin şəhidlərimizin ruhuna sonsuz ehtiram hissinizdən, şəhid ailələrinə böyük qayğınızdan irəli gəlir.
Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramı uğurla həyata keçirilir. Şəhid ailələri Prezidentin aylıq təqaüdü və müavinətlərlə təmin edilir, sosial ödənişlərin məbləği mütəmadi olaraq artırılır. Şəhid ailələrinin üzvləri üçün nəzərdə tutulan üstünlüklər, ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil alan şəhid övladlarının təhsil haqqının dövlət hesabına ödənilməsi və digər təminatlar ölkəmizdə aparılan sosial siyasətdə şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasının başlıca hədəflərdən biri olduğunu göstərir.
Cənab Prezident, dövlətimiz tərəfindən biz şəhid ailələrinə göstərilən xüsusi qayğıya və diqqətə görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Tanrı Sizə yar olsun!
Hörmətlə,
Teymurov Zakir, şəhid atası.
Azərbaycan Respublikası, Bakı şəhəri.