15 aprel 2023, 14:20

Ayişə Abbasovadan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Mənim övladım Yusif Vəliyevin sağlamlıq imkanları məhdud olduğundan o, Sosial Xidmətlər Agentliyinin Abşeron rayonunun Xırdalan şəhərində yerləşən Sosial Xidmət Mərkəzinin dəvəti ilə artıq bir müddətdir ki, burada sosioloji, psixoloji və loqopedik dərslər alır. Burada yaradılan şəraitdən və vətəndaşlara göstərilən xidmətdən razıyam. Sevindirici haldır ki, mərkəzə gələndən sonra övladımda irəliləyiş hiss olunur.

Möhtərəm cənab Prezident, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən böyük diqqət və qayğıya görə Sizə və Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm. Biz anaların duaları hər zaman Sizinlədir.

Hörmətlə,

Abbasova Ayişə.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.