Aqil Əmirovdan, Yardımlı, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan məhkəmə islahatları, bu sahədə görülən işlər insanların Azərbaycan məhkəmələrinə inamını daha da artırır, hər bir vətəndaşımız məhkəmə orqanında hüquqlarının müdafiə və bərpa olunacağına əmindir.
Təəssüf ki, mənim oğlum məhkumdur. Amma cəzaçəkmə müəssisələrində məhkumlar, o cümlədən mənim oğlum üçün yaradılan şəraitə, onlara göstərilən qayğıya görə Sizə minnətdaram. Məhkumlar üçün yaradılan şəraitin ildən-ilə yaxşılaşdırılması bir valideyn kimi məni sevindirir.
Ölkəmizdə təcridxanaların və cəzaçəkmə müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində görülən ciddi işlərə görə Sizə bir daha təşəkkür edir, şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Əmirov Aqil Adinə oğlu.
Azərbaycan Respublikası, Yardımlı rayonu.