17 aprel 2023, 17:45

Ceyran Əliyeva və başqalarından, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğı bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir. Mədəniyyət və incəsənət xadimlərinin dövlət mükafatları ilə təltif edilməsi, mədəni-maarif müəssisələrinin tikilməsi və əsaslı şəkildə yenidən qurulması Sizin qayğınızın bariz nümunələridir.

Cənab Prezident, biz mədəniyyət işçilərinə göstərdiyiniz diqqət və qayğıya görə Yevlax rayonunun mədəniyyət işçiləri adından Sizə sonsuz minnətdarlığımızı bildiririk. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ölkəmizdə keçiriləcək tədbirlərə Yevlax rayonunun mədəniyyət işçiləri də töhfə verməyə hazırdırlar.

Tanrı Sizə yar olsun.

Hörmətlə,

Əliyeva Ceyran

Əliyeva Türkan

Mustafayev Eldəniz

Adıgözəlova Zöhrə

Əhmədov İlqar və başqaları.

Yevlax Şəhəri Mədəniyyət Mərkəzinin nümayəndələri, Əməkdar mədəniyyət işçiləri.

Azərbaycan Respublikası, Yevlax şəhəri.