20 aprel 2023, 13:41

Vüsal Manaflıdan, Neftçala, Azərbaycan

Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Aprelin 18-də doğma Neftçalamıza səfəriniz biz neftçalalılar üçün çox əlamətdar oldu və yaddaşımızda özəl bir tarixi gün kimi qalacaq.

Siz ölkəmizin bölgələrini daim diqqətdə saxlayır, səfərləriniz zamanı həmin regionların sosial-iqtisadi vəziyyəti, mədəni həyatı ilə maraqlanırsınız. Sizin Neftçalaya səfəriniz zamanı biz də həmin qayğının, diqqətin şahidi olduq.

Bu müqəddəs ayda Allahdan Sizə möhkəm cansağlığı arzu edirəm. Sözünüz imzanızdır!

Hörmətlə,

Manaflı Vüsal.

Azərbaycan Respublikası, Neftçala şəhəri.