Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 dekabr tarixli 1169 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2087; 2017, № 1, maddə 42, № 8, maddə 1521; 2018, № 9, maddə 1840; 2022, № 5, maddə 466) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin Fərmanla təsdiq edilmiş 1 nömrəli əlavə − “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə” üzrə:
1.1.1. 2.1.4-cü və 3.1.1-ci yarımbəndlərdə “dövlət orqanlarının” sözləri “dövlət orqanlarının və qurumlarının” sözləri ilə əvəz edilsin;
1.1.2. 4.1-ci bəndə “Azərbaycan Respublikası daxili işlər nazirinin,” sözlərindən sonra “Azərbaycan Respublikası fövqəladə hallar nazirinin, Azərbaycan Respublikası xarici işlər nazirinin” sözləri və “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin” sözlərindən sonra “, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin” sözləri əlavə edilsin, həmin bənddə “Xüsusi Dövlət Mühafizə”sözləri“Prezidentinin Təhlükəsizlik” sözləri ilə əvəz edilsin;
1.1.3. 5.2-ci bənd üzrə:
1. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:
“Katibliyin funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir.”;
2. aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Katiblik aşağıdakı vəzifələri yerinə yetirir:
5.2.1. Komissiyanın fəaliyyətini və iclasları ilə bağlı təşkilati məsələləri həll edir;
5.2.2. Komissiyanın müzakirəsinə çıxarılacaq məsələlərlə bağlı sənədləri hazırlayır, kargüzarlıq işlərini həyata keçirir, iclasların protokollarını tərtib edir, eləcə də iclasların yekun sənədlərinin layihələrini Komissiyanın sədrinə və üzvlərinə təqdim edir;
5.2.3. aidiyyəti dövlət orqanlarından və qurumlarından, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisə və təşkilatlardan iclaslarda baxılan məsələlərlə bağlı məlumat, rəy və təkliflər alır;
5.2.4. Komissiyanın qərarlarının icrası ilə əlaqədar tədbirlər görür, Komissiya tərəfindən həyata keçirilməli olan tədbirlərin monitorinqini aparır və nəticələri barədə aidiyyəti üzrə təqdim edilməsi üçün hesabatlar hazırlayır;
5.2.5. fiziki və hüquqi şəxslərin Komissiyaya daxil olan müraciətlərinə baxılmanı təmin edir;
5.2.6. Komissiyanın qərarlarının icrası məqsədilə Komissiya sədrinin tapşırıqlarını yerinə yetirir.”;
1.2. həmin Fərmanla təsdiq edilmiş 2 nömrəli əlavə − “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi” aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın sədri
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin müavini
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2023-cü il