Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

19 aprel 2023, 17:56

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 981; 2010, № 7, maddə 610, № 8, maddə 720; 2012, № 2, maddə 79; 2014, № 2, maddə 123; 2015, № 9, maddə 1002; 2016, № 6, maddə 1037; 2017, № 10, maddə 1786; 2022, № 10, maddə 1141) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissə üzrə:

1.1. 2.1-ci bənddə “bəndlərində” sözü “yarımbəndlərində” sözü ilə əvəz edilsin və həmin bənddən “, onun mülkiyyətçisi (sahibi)” sözləri çıxarılsın;

1.2. 2.4-cü bənd üzrə:

1.2.1. birinci abzasda “aşağıdakı hallarda dəyişiklik və (və ya) əlavələr edilir” sözləri “dəyişiklik edilməsinə əsas olan aşağıdakı hallar baş verdiyi və ya bu barədə müraciət edildiyi tarixdən 3 (üç) iş günü müddətində dəyişiklik edilir” sözləri ilə əvəz edilsin;

1.2.2. beşinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda altıncı və yeddinci abzaslar əlavə edilsin:

“nəqliyyat infrastrukturu obyekti yenidən qurulduqda;

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlak obyekti məhv olduqda.”.

2. 3-cü hissə üzrə:

2.1. 3.2-ci bənd üzrə:

2.1.1. 3.2.3-cü yarımbənd ləğv edilsin;

2.1.2. 3.2.4-cü yarımbənddə “hüquqlar dövlət qeydiyyatına” sözləri “mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata” sözləri ilə əvəz edilsin;

2.2. 3.3-cü bəndə “sahibi” sözündən sonra “, tikintisi başa çatmayan daşınmaz əmlak obyektlərinə münasibətdə həmçinin sifarişçisi” sözləri əlavə edilsin;

2.3. 3.6-cı bəndin ikinci abzasında “bəndlərində” sözü “yarımbəndlərində” sözü ilə əvəz edilsin;

2.4. aşağıdakı məzmunda 3.7.1-1-ci yarımbənd əlavə edilsin:

“3.7.1-1. ərazi vahidi üzrə poçt indeksi;”;

2.5. 3.8-ci bənddə “Daşınmaz əmlak obyektinin ünvanının bu Qaydaların 3.7.4-cü bəndində göstərilən rekvizitinin (ünvan nömrəsinin)” sözləri “Ünvan nömrəsinin” sözləri ilə əvəz edilsin;

2.6. 3.9-cu bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Çoxmənzilli binaların, qeyri-yaşayış binalarının, onların tərkib hissələrinin və fərdi yaşayış evlərinin girişlərinə ünvan verilir.”;

2.7. 3.10-cu bənddə “çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin” sözləri “daşınmaz əmlak obyektlərinin” sözləri ilə əvəz edilsin;

2.8. 3.11-ci bənd üzrə:

2.8.1. birinci cümləyə “mənzilinə,” sözündən sonra “tərkibindəki qeyri-yaşayış sahələrinə və” sözləri əlavə edilsin;

2.8.2. ikinci cümləyə “mənzilinə” sözündən sonra “, tərkibindəki qeyri-yaşayış sahələrinə” sözləri əlavə edilsin;

2.8.3. dördüncü cümlədə “Hər bir mənzilin” sözləri “Çoxmənzilli binaların hər bir mənzilinin, tərkibindəki qeyri-yaşayış sahələrinin” sözləri ilə əvəz olunsun və həmin cümləyə “mənzilin” sözündən sonra “, qeyri-yaşayış sahəsinin və ya qeyri-yaşayış obyektinin tərkib hissəsinin” sözləri əlavə edilsin;

2.8.4. beşinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Çoxmənzilli binanın girişlərinə və çoxmənzilli binanın tərkib hissəsi olan mənzillərə (qeyri-yaşayış sahələrinə) ünvanların təyin edilməsi, müvafiq olaraq, tikintisinə icazə alınmış, lakin tikintisi başa çatmamış binanın sifarişçisinin və ya çoxmənzilli binanın mülkiyyətçisinin və ya onun səlahiyyətli nümayəndəsinin müraciəti əsasında Dövlət Xidməti tərəfindən, hər bir mənzilin nömrələnməsi (qapı nömrəsinin quraşdırılması) isə bina inşa edildikdən sonra binanın sifarişçisi və ya mülkiyyətçisi tərəfindən təmin edilir.”;

2.9. 3.12-ci bənddə “və ya sifarişçisinin” sözləri “(tikintisi başa çatmayan daşınmaz əmlak obyektlərinə münasibətdə həmçinin sifarişçisinin) və ya onun səlahiyyətli nümayəndəsinin” sözləri ilə əvəz edilsin;

2.10. 3.14-cü bənd üzrə:

2.10.1. birinci cümləyə “rəqəmlərdən” sözündən sonra “, ədədlərdən və onlara əlavə olunmuş hərflərdən” sözləri əlavə edilsin;

2.10.2. üçüncü cümlə aşağıdakı redaksiyada verilsin:

“Girişinə ünvan nömrəsi verilmiş obyektlər arasında yeni obyektin girişinə ünvan nömrəsi rəqəmlərə və ədədlərə hərflər əlavə edilməklə verilə bilər.”;

2.11. aşağıdakı məzmunda 3.14-1-ci bənd əlavə edilsin:

“3.14-1. Avtomobil və dəmir yollarının yaşayış məntəqələrinin hüdudlarından kənarda yerləşən hissələri, eləcə də yaşayış məntəqələrinin ərazisindən keçən və ad verilməyən magistral yollar boyunca yerləşən daşınmaz əmlak obyektlərinin girişlərinə ünvan nömrələri bir-birindən “-” işarəsi ilə ayrılan iki hissədən ibarət olmaqla verilir. Nömrənin birinci hissəsində ünvan obyektinin yolun başlanğıcından sonuna doğru istiqamətdə neçənci kilometrində yerləşdiyini göstərən ədəd, ikinci hissəsində isə yolun yalnız həmin hissəsi (kilometri) boyunca yerləşən daşınmaz əmlak obyektlərinə bu Qaydaların 3.9-3.11-ci və 3.14-cü bəndlərində qeyd edilən qaydada verilmiş nömrə yazılır.”;

2.12. 3.20-ci və 3.21-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“3.20. Nəqliyyat infrastrukturu obyektinin kənarında yerləşdirilən müvəqqəti tikililərə bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq müvəqqəti ünvan verilir.

3.21. Üzərində tikili və (və ya) qurğu olmayan torpaq sahəsinə ünvan təyin edilərkən onun yaxınlığındakı daşınmaz əmlak obyektlərinin ünvanlandırılması nəzərə alınır.”.

3. 4.2-ci bəndin üçüncü abzasının birinci cümləsində “7 gün müddətində Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilir” sözləri “Dövlət Xidməti tərəfindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ötürülür” sözləri ilə əvəz edilsin.

4. 5.1-ci bəndin birinci cümləsinə “nömrələrini” sözündən əvvəl “girişlərinin” sözü əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2023-cü il 

SƏNƏDLƏR Fərmanlar 30 yanvar 2025
19:25
“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 118-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan...

30 yanvar 2025, 19:25
SƏNƏDLƏR Qanunlar 30 yanvar 2025
19:23
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan...

30 yanvar 2025, 19:23
SƏNƏDLƏR Sərəncamlar 29 yanvar 2025
10:30
“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası...

29 yanvar 2025, 10:30
SƏNƏDLƏR Fərmanlar 28 yanvar 2025
16:28
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 82-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr...

28 yanvar 2025, 16:28