20 aprel 2023, 17:23

Nərgiz Əzizbəylidən, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinə göstərdiyi diqqət və qayğı bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir. Ölkə əhalisinin operativ və keyfiyyətli tibbi xidmətlə təmin olunması üçün respublikamızda çox əlverişli infrastruktur qurulub.

Cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan dövləti getdikcə daha da güclənir və qüdrətlənir. Qətiyyətli Lider olaraq Siz ölkəmizin nüfuzunu yüksəklərə qaldırırsınız. Qazanılan bütün uğur və nailiyyətlər Sizin yorulmaz fəaliyyətinizin nəticəsidir.

Var olun, əziz Prezidentimiz! Allahdan Sizə cansağlığı, işlərinizdə uğurlar arzu edirəm.

Hörmətlə,

Əzizbəyli Nərgiz İlham qızı.

Azərbaycan Respublikası, Salyan şəhəri.