25 aprel 2023, 12:22

Emil Əhmədovdan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizə özümün və ailəmin adından təşəkkür edirəm.

Yürütdüyünüz siyasət nəticəsində biz sülh və əmin-amanlıq içərisində yaşayırıq. Sizin sayənizdə ölkəmiz gündən-günə inkişaf edir. Siz Dünyada gedən siyasi və iqtisadi prosesləri layiqincə qiymətləndirir, Azərbaycanın və xalqımızın mənafeyinə uyğun uğurlu addımlar atırsınız. Həmçinin Ulu Öndərin layiqli davamçısı olaraq ölkəmiz üçün çox gözəl işlər görürsünüz.

Belə dinamik inkişaf edən, əmin-amanlığın və sabitliyin hökm sürdüyü ölkədə yaşamaq hər bir insanın arzusudur. Buna görə də biz Azərbaycanla fəxr edir, özümüzü xoşbəxt sanırıq.

Cənab Prezident, Sizə bir daha təşəkkür edirəm. Allah Sizdən razı olsun.

Hörmətlə,

Əhmədov Emil.

Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır kəndi.