Çingiz Təhməzovdan, Cəlilabad, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin rəhbərliyinizlə Azərbaycanda həyata keçirilən islahatlar bütün xalqımız kimi, biz cəlilabadlıları da çox sevindirir. Bu islahatlar ölkəmizin sürətli inkişafına, xalqımızın sosial rifahının daha da yaxşılaşmasına təkan verir. Gördüyünüz işlərin nəticələri göz qabağındadır. Sizinlə qürur duyuruq.
Möhtərəm cənab Prezident, biz Sizin yürütdüyünüz uğurlu siyasəti dəstəkləyirik və hər zaman dəstəkləyəcəyik. Bu siyasətin Azərbaycan xalqını daha xoşbəxt gələcəyə aparacağına inanırıq. Əminik ki, qarşıya qoyduğunuz bütün hədəflərə çatacaqsınız.
Sizə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.
Yaşasın Azərbaycanımız!
Yaşasın cənab Prezidentimiz!
Hörmətlə,
Təhməzov Çingiz Fərrux oğlu.
Azərbaycan Respublikası, Cəlilabad rayonu.