Zabit Səmidovdan, Kürdəmir, Azərbaycan
Hörmətli cənab Prezident!
Uzun müddət Macarıstanda həbsxana həyatı yaşayan zabitimiz Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsində və əfv olunmasında atdığınız addıma görə Sizə minnətdarlığımızı bildiririk. Bu gün hamımız ürəkdən sevinirik. Bu sevinci bizə Siz yaşatdınız. Siz hər bir azərbaycanlının Prezidentisiniz. Bunu əməllərinizlə sübut edirsiniz. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının davamı olaraq apardığınız islahatlar xalqımızın rifahının yaxşılaşmasına, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə yönəlmişdir. Siz bu siyasəti müdrikliklə həyata keçirirsiniz. Bir daha Sizə xalqımızın rifahının yüksəldilməsi, Azərbaycanımızın inkişafı naminə fəaliyyətinizdə uğurlar arzu edirik.
Hörmətlə,
Səmidov Zabit Fazil oğlu.
Azərbaycan Respublikası, Kürdəmir rayonu, Ərəbqubalı kəndi.