25 aprel 2023, 19:07
İsmayıl Tərlanovdan, Şirvan, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin ölkəmizdə sahibkarlığın inkişafına göstərdiyiniz diqqət bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə gətirib çıxarıb.
Mən də kiçik sahibkarlıq fəaliyyəti ilə məşğulam və göstərdiyiniz diqqət və qayğının şahidiyəm. Yaradılmış şərait bizə səmərəli fəaliyyət göstərməyə imkan verir.
Cənab Prezident, Sizin həyata keçirdiyiniz islahatlar ölkəmizin sürətli inkişafına yönəlib. Həmçinin kadr islahatlarınız cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır. Gördüyünüz bütün bu işlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Uca Allah hər zaman Sizə yar olsun!
Hörmətlə,
Tərlanov İsmayıl.
Azərbaycan Respublikası, Şirvan şəhəri.