26 aprel 2023, 13:45
Tofiq Əşrəflidən, Saatlı, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin rəhbərliyinizlə respublikamızda görülən işlər xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Xüsusilə biz şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə Saatlı rayonunun Çolpu kəndində yaşayan şəhid ailələri və müharibə iştirakçıları adından dərin minnətdarlığımızı bildiririk. Biz Sizi dəstəkləyirik.
Fürsətdən istifadə edərək Sizə uzun ömür, möhkəm cansağlığı arzulayır, ölkəmizin daha da inkişafı, xalqımızın rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirik.
Ulu Tanrı Sizi və xalqımızı qorusun!
Hörmətlə,
Əşrəfli Tofiq.
Azərbaycan Respublikası, Saatlı rayonu, Çolpu kəndi.