İlknur Səmədovdan, Beyləqan, Azərbaycan
Hörmətli cənab Prezident.
Hər ötən gün doğma Qarabağımızda quruculuq işlərinin sürətlə aparılmasının şahidi oluruq, qürur hissləri keçiririk. Buna görə hər gün Sizə dualar edir, minnətdarlığımızı bildiririk.
Qarabağa yolu düşən hər bir azərbaycanlının ürəyi dağa dönür. Qısa zamanda görülən işlər qəlbimizi fərəhləndirir.
İnanıram ki, Sizin rəhbərliyinizlə tez bir zamanda ata-ana yurdum olan Füzuli rayonunun Aybasanlı kəndinə qayıdacaq, orada yaşayacaq, Vətənimizi çiçəkləndirəcəyik.
Bütün bu arzular Sizin uzaqgörən siyasətiniz, igid qardaşlarımızın qəhrəmanlığı sayəsində həyata keçir. Çox sağ olun, cənab Prezident. Xoşbəxtik ki, Qarabağ azaddır.
Allah şəhidlərimizə rəhmət eləsin, Sizə möhkəm cansağlığı, güc, qüvvət versin!
Hörmətlə,
Səmədov İlknur Azər oğlu.
Azərbaycan Respublikası, Beyləqan rayonu.