Vüqar Məmmədovdan, Laçın, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycanın parlaq Qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra uğurlarımızın davam etməsi Sizin uzaqgörən siyasətinizin nəticəsidir.
Mütəmadi olaraq təxribatlara əl atan separatçı dəstələrə qarşı həyata keçirdiyini tədbirləri dəstəkləyirik. Xüsusən də Ermənistanla şərti sərhəddə, Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması hamımızın sevincinə səbəb oldu.
Əminik ki, bu addım məğlub ölkənin çirkin niyyətlərinin və əməllərinin qarşısını almaqla yanaşı, bölgədə sülhün bərqərar olmasına xidmət edəcək.
Cənab Prezident, xalqımız Sizin bütün qərarları yekdilliklə dəstəkləyir. Allah Sizi xalqımızın başının üstündən əskik etməsin. Xalqımız Sizin və şəhidlərimizin sayəsində bu qədər qürurludur.
Çox sağ olun, cənab Prezident!
Hörmətlə,
Məmmədov Vüqar Cabbar oğlu.
Azərbaycan Respublikası, Laçın rayonu.