27 aprel 2023, 14:50

Yalçın Feyzizadədən, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu gün Sumqayıt şəhəri müasir inkişafı ilə keçmiş tarixi şöhrətini bərpa edib. Şəhərimizin gündən-gündə gözəlləşməsini qürur hissi ilə izləyirik. Ölkəmizin inkişafı, xalqımızın rifahı üçün yaradılan şəraiti, həyata keçirilən islahatların nəticələrini görməmək qeyri-mümkündür. Bütün bunlar Sizin uğurlu siyasətinizin nəticəsidir.

Cənab Prezident, Siz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müasir müstəqil Azərbaycanı daha da gücləndirirsiniz. Sizin kimi uzaqgörən, qətiyyətli Liderimizlə fəxr edirik.

Allahdan Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzu edirəm.

Tanrı Sizi qorusun!

Hörmətlə,

Feyzizadə Yalçın.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.