27 aprel 2023, 13:48

Rey Quliyevdən, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Məlum olduğu kimi, 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli”dir. Ulu Öndərimizin 100 illik yubileyi ölkəmizdə yüksək səviyyədə qeyd olunur. Əbədiyaşar insan, dünya şöhrətli siyasi xadim, unudulmaz dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyev demişdir: “Mən həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən azərbaycanlıyam”.

Cənab Prezident, orta məktəb şagirdi olaraq şərəf duyur, qürur hissi keçirirəm ki, mənim xalqımın, Azərbaycanımın beynəlxalq aləmdə tanınmış siyasi xadimi Heydər Əliyevin ideyaları bütün dünyanı heyran etmişdir. Nə qədər ki, həyat var, Azərbaycan var, Heydər Əliyev ürəklərdə yaşayacaq.

Tanrı Sizə yar olsun!

Hörmətlə,

Quliyev Rey, şagird.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hindarx qəsəbəsi.