26 aprel 2023, 12:44

Bəhruz Gəncəliyevdən, Saatlı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin bütün sahələrdə apardığınız uğurlu islahatlar ölkəmizin inkişafına müsbət təsirini göstərməkdədir. Hüquq-mühafizə orqanları sahəsində həyata keçirilən tədbirlər də öz nəticələrini verir.

Polis dövlətimizin, xalqımızın keşiyində duran mübariz bir orqandır. Azərbaycan polisinin öz üzərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gəldiyi bir həqiqətdir. İctimai asayişin, təhlükəsizliyin təmin olunmasında Azərbaycan polisinin böyük xidmətləri var. Bu gün polis əməkdaşlarımız cinayətkarlığa qarşı ciddi mübarizə aparırlar. Son illər ölkəmizdə narkomaniyaya qarşı mübarizə istiqamətində görülən işlər də təqdirəlayiqdir.

Cənab Prezident, Sizin rəhbərliyinizlə bu gün Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. Sizə təşəkkürümüzü bildirir, çoxşaxəli fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirik.

Allah Sizə yar olsun!

Hörmətlə,

Gəncəliyev Bəhruz.

Azərbaycan Respublikası, Saatlı rayonu.