27 aprel 2023, 15:55

Neftçalanın Qaçaqkənd bələdiyyəsinin üzvlərindən, Azərbaycan

Möhtərəm cənab Prezident.

Respublikamızın hər yerində olduğu kimi, Neftçala rayonunda da Sizin göstəriş və tövsiyələrinə uyğun olaraq aparılan abadlıq və quruculuq işləri geniş vüsət alıb. Yenilənmiş Bayraq meydanı və bulvar ərazisi sakinlərin və qonaqların gözünü oxşayır, qəlbini fərəh hissi ilə doldurur. Ən son texnologiyalara əsaslanan layihələrin reallaşdırılması rayonumuzun və bölgələrin sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Bu diqqət və qayğıya görə Sizə təşəkkür edirik.

Neftçala rayonunun Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikintisi ilə bağlı Sərəncamınız bu qayğının davamlı olmasının göstəricisidir və Qaçaqkənd sakinlərinə böyük sevinc yaşatdı.

Bir daha bizə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Qaçaqkənd bələdiyyəsinin üzvləri adından dərin Sizə təşəkkür edir, yeni-yeni uğurlar arzulayırıq.

Dərin hörmət və ehtiramla,

Qaçaqkənd bələdiyyəsinin üzvləri.

Azərbaycan Respublikası, Neftçala rayonu, Qaçaqkənd kəndi.