28 aprel 2023, 13:41

Laçın Babayevadan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən iki oğul anasıyam. Hər iki oğlum Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olub. Onlardan biri Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayev, digəri isə şəhid Həsrət Babayevdir.

Cənab Prezident, şəhid ailələri və müharibə iştirakçıları dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Buna görə Sizə minnətdarıq. Var olun əziz Prezidentimiz!

Ulu Tanrı Sizi qorusun!

Hörmətlə,

Laçın Babayeva, şəhid anası,

Azərbaycan Respublikası, Salyan rayonu, Yeni Uluxanlı kəndi.