Kamil Ağayevdən, Neftçala, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən bu təşəkkür məktubunu Sizin - erməni faşistlərinə qarşı 44 günlük Vətən müharibəsində Qələbənin əsl səbəbkarı, Müzəffər Ali Baş Komandanımızın Neftçala və Salyan rayonlarına səfəri ilə əlaqədar yazıram. Bunları yazmaqda məqsədim odur ki, hər bir Azərbaycan vətəndaşının probleminin həlli üçün yorulmadan çalışan, öz xalqına xoş güzəran, firavan həyat bəxş edən sevimli Prezidentimizə - Sizə təşəkkürümüzü çatdırım.
Mənim hər hansı bir problemim olanda aidiyyəti üzrə müraciət edirəm və bunun əsasında mənə kömək göstərildiyini deyə bilərəm. Əvvəlki illərdən fərqli olaraq, indi müraciətlərə baxılması, vətəndaşların qəbulu və onlara xidmət sahəsində işlər daha yaxşıdır.
Cənab Prezident, Azərbaycanı böyük bəlalardan qoruyan, xalqımızın xilaskarına çevrilən Ulu Öndər Heydər Əliyevə hər zaman duaçıyıq. Sizin siyasətinizi bəyənir, dəstəkləyir və daim Sizinləyik.
Hörmətlə,
Ağayev Kamil.
Azərbaycan Respublikası, Neftçala rayonu, Pirəbbə kəndi.