28 aprel 2023, 17:58

Zəhra Əliyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin uzaqgörən siyasətiniz, mahir sərkərdəlik qabiliyyətiniz və rəşadətli Ordumuzun şücaəti sayəsində 44 günlük Vətən müharibəsində doğma Qarabağımız düşmən tapdağından azad edildi, illərdir ata-baba yurdlarına qayıtmaq arzusu ilə yaşayan insanların həsrətinə son qoyuldu. Doğma torpaqlarımızı işğaldan azad etməklə Siz xalqımıza böyük sevinc bəxş etdiniz. Bu gün şəhidlərimizin ruhu şaddır.

Cənab Prezident, Sizin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyiniz diqqət və qayğıdan çox məmnunuq. Müraciət etdiyimiz dövlət qurumları problemlərimizin həllinə həssaslıqla yanaşır.

Şəhid Aslan Abbasovun xalası olaraq bacımın və digər yaxınlarımızın adından şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə və Mehriban xanıma minnətdarlığımızı bildiririk.

Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Zəhra Əliyeva.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi.