Xanmusa İsayevdən, Şamaxı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Bu məktubu Sizə fəaliyyətinizi daim izləyən, siyasi, iqtisadi və hərbi sahələrdə siyasətinizi bəyənib dəstəkləyən sıravi tarix müəllimi yazır. Bu yolda heç zaman təəsüflənməmişəm və yanılmamışam. Harada olmağımdan asılı olmayaraq, Sizin siyasətiniz barədə fəxr hissi ilə danışıram. “Baxın və nümunə götürün!”, “Lider belə olar!” ifadələrini işlədirəm. İstər ictimaiyyət nümayəndələri, istərsə də hər hansı bir məmur ilə söhbətlərimdə Sizi nümunə göstərirəm. Sadalamağa qalsa, Sizin barədə çoxsaylı müsbət fikirlər söyləmək olar. Çünki Siz dünya miqyasında seçilən liderlərdənsiniz.
Son zamanlar həyata keçirdiyiniz uğurlu kadr islahatlarını da yüksək qiymətləndirirəm. Hər bir işiniz kimi, bu fəaliyyətiniz də təqdirəlayiqdir.
Sizin tapşırıqlarınıza uyğun olaraq vətəndaşların, o cümlədən şəhid ailələrinin və qazilərin qayğıları ilə mütəmadi olaraq maraqlanır və mövcud imkanlar daxilində həll edirlər. Həm də rayonumuz gündəm-günə abadlaşır və gözəlləşir.
Möhtərəm cənab Prezident, ölkəmizin inkişafına, xalqımızın güzəranının yaxşılaşmasına xidmət edən uğurlu islahatlarınıza görə Sizə dərin minnətdarlığımı bildirir, möhkəm cansağlığı və işlərinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İsayev Xanmusa.
Azərbaycan Respublikası, Şamaxı şəhəri.