Nəsimi Ələkbərovdan, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Bu il Azərbaycan xalqı üçün çox əlamətdar bir ildir. Çünki müasir müstəqil Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyidir. Hazırda, bu əlamətdar yubileyin astanasındayıq.
Ümummilli Liderimizin xalqımız, dövlətimiz qarşısındakı xidmətləri misilsizdir və heç zaman unudulmayacaqdır. Çox şadıq ki, Siz onun yolunu uğurla davam etdirir, xalqımız üçün yorulmadan çalışırsınız. Sizin fəaliyyətinizə nəzər yetirdikdə Ulu Öndərin dəst-xəttini görür, onu bir daha yada salır, ruhuna dərin ehtiram duyuruq.
Hörmətli cənab Prezident, biz məktəb kollektivi olaraq daim Ulu Öndəri anır, Allahdan ona rəhmət diləyirik.
Yaşasın “dəmir yumruq”lu cənab İlham Əliyev!
Qaraxanlı kənd tam orta məktəbin kollektivi adından hörmətlə,
Ələkbərov Nəsimi
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Qaraxanlı kəndi.