Sədaqət Məmmədova və Əlövsət Hüseynovdan, Tərtər, Azərbaycan
Hörmətli cənab Prezident.
Siz şəhid ailələrinin üzvlərinə hər zaman diqqət və qayğı göstərirsiniz. Bizim ailələr də onların sırasındadır.
Eyni zamanda, qeyd etməyi özümüzə borc bilirik ki, şəhid ailələri üzvlərinin müayinə və müalicəsi ilə bağlı göstərilən xidmət də bizi razı salır. Həkimlərimiz şəhid ailələri üzvlərinin evlərinə gedərək onları ziyarət edir, müalicələrinin gedişatı ilə maraqlanır, zəruri tədbirlər görür, lazımi tövsiyələr verirlər.
Əziz Prezidentimiz, ümumilikdə ölkəmiz üçün gördüyünüz işlərdən çox razıyıq. Şəhid valideynləri olaraq Sizə minnətdarlığımızı bildiririk. Sizə uzun ömür, möhkəm cansağlığı və işlərinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Məmmədova Sədaqət, şəhid anası
Hüseynov Əlövsət, şəhid atası.
Azərbaycan Respublikası, Tərtər şəhəri.