10 sentyabr 2012, 09:35

İlqar Rəhimovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident!

Həmyerlimiz Ramil Səfərovun azadlığa buraxılmasını böyük sevinc hissi ilə qarşıladıq. Bu, ölkəmizin xarici siyasətinin növbəti uğurlarından biri olmaqla rəhbərliyinizlə Azərbaycanın beynəlxalq imicinin, xarici və daxili siyasətinin göstəricilərindən biridir. Bunlara görə Sizə böyük minnətdarlığımızı çatdırırıq. Bu hadisə hamımızda vətənpərvərlik, milli qürur hisslərini yüksəltdi. Əminik ki, Ali Baş Komandan kimi fəaliyyətinizlə işğal altındakı torpaqlarımız da tezliklə azad olunacaqdır.

İnfeksion Xəstəliklər Xəstəxanasının tibb işçiləri adından dərin hörmətlə,
Rəhimov İlqar, baş həkim.

Azərbaycan Respublikası, Gəncə şəhəri.