02 may 2023, 13:55

Qalib Mikayılovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mən 1969-cu il mayın 10-da Ağdamda müəllim ailəsində anadan olmuşam. Ulu Öndər Heydər Əliyevlə doğum günümün eyni olması hər zaman məni fərəhləndirib.

1980-ci ildə Ağdamda “Üzümçülər evi” istifadəyə verilirdi və açılışa Ulu Öndər Heydər Əliyev də gəlmişdi. Orada Ulu Öndərlə görüşmək mənə qismət olmuşdu. Bu hadisə mən 5-ci sinifdə oxuyanda baş vermişdi.

Mən Birinci Qarabağ müharibəsində iştirak etmişəm, tankçı olmuşam və 2-ci qrup müharibə əliliyəm. Hazırda Prezident təqaüdü alıram, məşğulluq mərkəzinin təklif etdiyi işdə çalışıram. Həmçinin müharibə əlillərinə verilən birdəfəlik yardımı aldım.

Cənab Prezident, bütün bunlara, hərtərəfli qayğı ilə əhatə olunmağıma görə Sizə minnətdaram.

Hörmətlə,

Mikayılov Qalib, 2-ci qrup Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.