Elçin İslamovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Mənim oğlum Elvin İslamov 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin tərkibində döyüşmüş, oktyabrın 9-da Füzuli rayonunun Qorqan kəndi istiqamətində gedən döyüşlərdən birində qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirdiyi üçün Sizin sərəncamlarınıza əsasən övladım “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları, “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Biz şəhid ailəsi olaraq mənzillə təmin olunmuşuq, eyni zamanda, qızımın dövlətin ünvanlı sosial yardımla əlaqədar müraciətinə baxılaraq, müvafiq kömək göstərilmişdir.
Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə qarşı göstərdiyiniz diqqət və qayğınız əvəzedilməzdir. Sosial sahədə həyata keçirdiyiniz islahatların nəticəsi olaraq bu gün ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial rifahı diqqət mərkəzindədir.
Cənab Ali Baş Komandan, Sizə can sağlığı və işlərinizdə müvəffəqiyyətlər arzu edirəm.
Hörmətlə,
İslamov Elçin Söhbət oğlu, şəhid atası.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.