02 may 2023, 16:55

Aleksandr Qluxovdan, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu il aprelin 16-da bütün pravoslav xristianları Pasxa bayramını qeyd etdilər. Pasxa ərəfəsində - aprelin 15-də bayram münasibətilə təbrik üçün bizi ənənəyə uyğun olaraq dəvət etdilər və tədbirdən əvvəl bizə maddi yardım göstərildi. Bu yardımı 30 nəfər aldı. Sağlamlıq imkanları məhdud olan insanlara evində baş çəkildi və onlar da dövlətimizin dəstəyini gördülər.

Razılıq hissi ilə bildirirəm ki, rayonda təşkil edilmiş görüşdə mənim və rus icmasının digər üzvlərinin çıxışları diqqətlə dinlənildi. Pasxa münasibətilə təşkil olunan bu yığıncaq artıq sayca 27-dir. Yığıncaqda qaldırdığımız bütün məsələlər qısa müddətdə öz müsbət həllini tapdı.

Aprelin 23-də və 25-də isə biz digər əlamətdar günləri qeyd etdik.

Bakıda yerləşən kilsələrin və Azərbaycanın rus icmasının nümayəndələri bizə qonaq gəlmişdilər. Onlar hər zaman olduğu kimi, bu dəfə də xoş münasibətlə qarşılanmalarından və rus qəbiristanlığının vəziyyətindən razı qaldılar.

Möhtərəm Prezident, rus icmasına göstərilən böyük qayğıya görə icmanın bütün üzvləri adından Sizə dərin təşəkkürümüzü bildirirəm.

Dərin hörmətlə,

Qluxov Aleksandr Fyodoroviç,

Sabirabad rayonunun rus icmasının sədri.

Azərbaycan Respublikası, Sabirabad şəhəri.