03 may 2023, 19:00
Aydın Əsədovdan, Sabirabad, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin Sabirabad şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncamınız rayon sakinlərini çox sevindirdi. Buna görə Sizə minnətdarlığımızı bildiririk.
Bütün bölgələrdə olduğu kimi, Sabirabad rayonunda da abadlıq-quruculuq işləri geniş vüsət alıb.
Cənab Prezident, göstərdiyiniz diqqət və qayğı biz sabirabadlılar tərəfindən yüksək qiymətləndirilir.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, Azərbaycanın daha parlaq gələcəyi naminə Ulu Öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsində uğurlar arzulayırıq.
Tanrı Sizi qorusun!
Hörmətlə,
Əsədov Aydın.
Azərbaycan Respublikası, Sabirabad şəhəri.