04 may 2023, 15:40
Mirdamət Əhmədlidən, Sabirabad, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sabirabad şəhərinin avtomobil yollarının təmiri ilə bağlı Sərəncamınız Sizin regionlara diqqət və qayğınızın daha bir bariz nümunəsidir. Buna görə ailəmiz adından Sizə təşəkkür edirik. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi: “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir”. Regionlarımızın inkişafı üçün Sizin rəhbərliyinizlə həyata keçirilən tədbirlərin nəticələri göz qabağındadır. Bütün bunlar Sizin yorulmaz səylərinizin nəticəsidir.
Cənab Prezident, Sizə cansağlığı, uzun ömür, fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Allah Sizə yar olsun.
Hörmətlə,
Mirdamət Əhmədli.
Azərbaycan Respublikası, Sabirabad şəhəri.