05 may 2023, 17:40
Ayşən Həsənovadan, Şirvan, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycanımızın hər bir sahəsi davamlı inkişaf edir. Azərbaycanda sahibkarlar üçün analoqu olmayan şərait yaradılıb. Onlara həm dövlət dəstəyi, həm maliyyə dəstəyi, həm də texniki və intellektual dəstək göstərilir.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu da sahibkarlara dövlət dəstəyinin gücləndirilməsinin əsl sübutudur.
Siz daimi inkişaf yolunda işinizi uğurla aparırsınız.
Ulu Tanrı bu yolda hər zaman köməyiniz olsun.
Hörmətlə,
Həsənova Ayşən Vahid qızı, özəl sektorun işçisi.
Azərbaycan Respublikası, Şirvan şəhəri.