05 may 2023, 15:00

Eyvaz Fərzəliyevdən, Sabirabad, Azərbaycan

Möhtərəm cənab Prezident.

“Sabirabad şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” 2023-cü il 1 may tarixli Sərəncamınıza, ümumilikdə Sabirabada göstərdiyiniz diqqət və qayğıya görə rayon Ağsaqqallar Şurasının bütün üzvləri adından və şəxsən öz adımdan Sizə minnətdarlığımı bildirirəm.

Siz sabirabadlıları hər zaman sevindirirsiniz. Rayonumuzla bağlı imzaladığınız sərəncamlar, verdiyiniz tapşırıqlar, ayrılan vəsaitlər sayəsində doğma Sabirabadımız gündən-günə abadlaşır, çiçəklənir və inkişaf edir. Bu çərçivədə avtomobil yollarının xüsusi yeri və əhəmiyyəti var. Çünki yol həm mədəniyyətdir, həm də iqtisadiyyatdır. Yol tikmək həm də çox savab bir işdir, çünki minlərlə insanın gediş-gəlişi, həyatı rahatlaşır.

Əziz Prezidentimiz, Ulu Tanrı Sizi qorusun, ürəyinizdəki bütün arzulara çatdırsın.

Hörmətlə,

Fərzəliyev Eyvaz, Sabirabad rayon Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Sabirabad rayonu, Qaraqaşlı kəndi.