05 may 2023, 13:08
Qəzənfər Hüseynovdan, Sumqayıt, Azərbaycan
Cənab Prezident.
Sizin apardığınız uğurlu siyasət, göstərdiyiniz qətiyyət nəticəsində bizim ailə də Laçın şəhərinə geri dönmək üzrədir.
Yurdumuzu azad edən, düşməni diz çökdürən Ali Baş Komandanım, Yeni evlərin tikilməsi, mövcud evlərin bərpa edilməsi ilə əlaqədar verdiyiniz göstəriş yüksək səviyyədə yerinə yetirilir.
Səhhətimizi nəzarətdə saxlamaq və sağlamlığımızı bərpa etmək məqsədilə bu günlərdə təşkil olunmuş tibbi yoxlama da biz keçmiş məcburi köçkünlərə dövlətimizin yüksək qayğısıdır.
Cənab Prezident, Allah Sizi qorusun.
Hörmətlə,
Hüseynov Qəzənfər Rüstəm oğlu.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.