10 sentyabr 2012, 10:05
Hacı Novruz Sadıqovdan, Qax, Azərbaycan
Hörmətli cənab Prezident!
Xalqımızın mərd övladı Ramil Səfərovun Vətənə gətirilməsinə və azadlığa buraxılması barədə Sərəncamınıza görə Sizə Qax rayon dindarları adından təşəkkür edirəm. Siz bu humanist addımınızla bizə böyük sevinc bəxş etdiniz. Biz inanırdıq ki, Ramilin məhbus həyatı çox çəkməyəcək, çünki bu işə Siz qol qoymuşdunuz və məqsədinizə də nail oldunuz. Bütün məqsədlərinizə nail olasınız. Biz Sizinlə fəxr edir, Sizi dəstəkləyir və bundan sonra da dəstəkləyəcəyik. İnşallah işğal altındakı torpaqlarımız da Sizin uzaqgörən, müdrik siyasətiniz sayəsində azad ediləcəkdir. Bu fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.
Hörmətlə,
Hacı Novruz Sadıqov.
Azərbaycan Respublikası, Qax rayonu.