10 sentyabr 2012, 10:15
Mehparə Hüseynovadan, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident!
Azərbaycanın vətənpərvər, qeyrətli oğlu Ramil Səfərovu qürbət ölkədə ədalətsiz cəzadan azad edərək doğma Vətənə gətirməklə təkcə onun yaxınlarına və doğmalarına deyil, bütün xalqımıza sevinc, rahatlıq bəxş etdiniz. Qeyri-insani əməli ilə Azərbaycanın dövlət rəmzini təhqir edən erməni zabitini cəzalandıran Ramil Səfərovun yeri təkcə Vətən deyil, hər bir azərbaycanlı ananın ürəyidir.
Ramil Səfərovu əfv etdiyiniz üçün ailəmiz adından Sizə dərin təşəkkürümüzü bildiririk. Allah Sizi qorusun. Xalqımızın başı üstündən əskik olmayın. Sizi öpüb bağrıma basıram.
Hörmətlə,
Hüseynova Mehparə Aydın qızı,
Ağdam rayonunun Abdal Gülablı kəndindən məcburi köçkün.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.